Şamaxıda yenidən vulkan püskürdü -

11:49 28.05.2019
Yazını böyüt
Yazını kiçilt

FOTO

Şamaxı rayonunun Dağ Göylər kəndində gecə saatlarında vulkan püskürüb.

Kənd sakinlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, bu ərazidə soncucu dəfə vulkan püskürməsi 1986-cı ildə baş verib.

Yerin altından çıxan torpaq qatı, təqribən, iki hektar əraziyə yayılıb. Hazırda vulkan sakitləşib. Vulkan ərazisinə yaxın olan əkin sahələrinə heç bir ziyan dəyməyib.

Püskürmə sahələrinə yaxın olan heyvanların otlaq sahəsi isə yararsız hala düşüb.

Oxunma sayı