RƏSMİ

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyev oktyabrın 17-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı və BMT-nin Vyana ofisinin rəhbəri, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovu qəbul edib. BMT-nin Vyana ofisinin rəhbəri , BMT-nin Narkotik və Cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Yuri Fedotov “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə“ mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. O, bu tədbirdə dünyanın 42 ölkəsindən yüksəksəviyyəli agentliklərin rəhbərlərinin iştirakının önəmini vurğulayıb. Dövlətimizin başçısı Bakıda “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə“ mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrin iştirakının konfransa olan marağın göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıb.

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir“

“Buta“ sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Prezident İlham Əliyev rəsmi qəbulda iştirak edib. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı rəsmi qəbulda nitq söyləyib. Prezident 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixinə nəzər salıb. Dövlət başçısı qeyd edib ki, 20 il əvvəl SSRİ-nin dağılması ilə ikinci dəfə müstəqilliyini əldə edən ölkəmizx ilk illərdə çox ciddi çsətinliklərlə üz-üzə qalıb. Ölkədə anarxiya, siyasi, iqtisadi və hərbi böhran hökm sürürdü. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirirdi. Dövlət başçısı vurğulayıb ki, 1993-cü ildə xalq düşdüyü vəziyyətdən çıxmaq üçün özünün ümummilli lideri Heydər Əliyevə müraciət etdi. Azərbaycan üçün ciddi sınaq dövründə Heydər Əliyevin qətiyyətli sözü həlledici oldu. 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik və əmin-amanlığın, böyük quruculuq işlərinin əsası qoyuldu. Azərbaycan bazar iqtisvadiyyatı və demokratik dövlət quruculuğu istiqamətində inamla irəlilədi. “Bu gün Azərbaycan müstəqil siyasət aparır“ - deyən prezident dövlətimizin beynəlxalq əməkdaşlıq siyasətinin xoşməramlı olduğunu, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edildiyini diqqətə çatdırıb. “Azərbaycanın müstəqilliyi əbədidir“ - deyən İ.Əliyev Qarabağ münaqişəsindən də danışıb. Vuğrulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Həyata keçirilən hücum çsiyasəti nəticəsində Dağlıq Qarabağın həm tarixi, həm də hüquqi cəhətdən Azərbaycan əraziləri olduğu artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Prezidentin sözlərinə görə, əgər bu münaqişə olmasaydı, Azərbaycan bu 20 ildə daha çox uğurlar əldə edəcəkdi.
Sonra 20 illik müstəqillik dövründə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurları əks etdirən film nümayiş olunub. Rəsmi qəbul incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.