İlin sonuna kimi Azərbaycan 60 pilotsuz təyyarə alacaq

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan hökuməti ilin sonuna kimi milli ordunun silah arsenalına 60 İsrail istehsalı olan Orbiter 2M və Aerostar pilotsuz təyyarələrinin çatdırılmasını təmin etməyi planlaşdırır. Onların köməkliyi ilə Azərbaycan Ordusu İranın artan gücü, Ermənistanla münaqişə vəziyyətində olduğu bir halda öz imkanlarını xeyli genişləndirəcək.
Bu razılaşmanın özəlliklərindən biri budur ki, pilotsuz təyyarələrin 30 faizi Azərbaycanda Baku:::s Azad Systems Co. şirkəti tərəfindən yığılır. Bu razılıq iki hökumət arasındakı danışıqlar zamanı əldə edilib. İsrailin “Aeronautics Defense Systems of Israel“ şirkəti pilotsuz təyyarələrin istehsalı ilə bağlı lisenziyanın bir hissəsini Azərbaycana verməklə Türkiyə ilə 2010-cu ildən əlaqələrin kəsilməsinin ardından böyük həcmdə sifariş əldə etmiş olub. “Aeronautics Defense Systems of Israel“ şirkəti “Israel Aerospace Industries“ və “Elbit Systems“ şirkətlərindən sonra İsraildə üçüncü böyük pilotsuz təyyarələr istehsal edən firma sayılır. Azərbaycan hökuməti tərəfindən təşkil edilən tenderdə bu şirkət özünün rəqibləri sayılan TAI, “Baykar Makina“ və “Global Teknik“ kimi türk şirkətlərini qabaqlamağı bacarıb.
Azad