Seçilsəm, əxlaqsızlığı rəsmiləşdirəcəm - Prezidentliyə namizəd 

12:48 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xorvatiya prezidentliyinə namizədliyini verən "Playboy" jurnalının modeli Ava Karabatik əgər seçilərsə, əxlaqsızlığı rəsmiləşdirəcəyini vəd edib.

Hafta.az ölkə.az-a istinadən bildirir ki, Xorvatiyada yaxınlaşan prezident seçkilərinə 31 yaşlı porno ulduzu və şou aparıcısı olan model də namizədliyini irəli sürüb.

Karabatik sosial mediada gündəm olacaq vədlərini bir-bir açıqlayıb.

İqtisadiyyatı yüksəldəcəyi sözünü verən model Xorvatiyanı şengen ölkələri arasına qatacağını da bildirib.

Belə ki, o narkotikdən istifadəni və insan alverini də qanunlaşdıracağını açıqlayıb.

 Tibbi məqsədlə narkotik istifadənin tərəfində olduğunu, abortun yanlış bir şey olmadığını da qeyd edib.

Qeyd edək ki, prezidentliyə namizəd model fikirlərini açıq-aşkar deməkdən qorxmadığını da bildirib.