Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

15:51 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki məntəqələrinə yeni nəsil şəxsiyyət vəsiqələrindəki çipi oxuya bilən qurğular paylanılacaq.

Hafta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov bu gün keçirilən iclasda deyib.

R.Qasımov qeyd edib ki, Azərbaycanda vətəndaşlara verilən yeni nəsil şəxsiyyət vəsiqələrinin üzərində yaşayış yeri göstərilmir: "Həmin şəxsiyyət vəsiqələrinin üzərində çip var və vətəndaş haqqında məlumatlar orada toplanıb. Artıq 2500 çip oxuyan qurğu hazır vəziyyətə gətirilib. Ölkə üzrə cəmi 5049 məntəqə var. Təxminən gələn həftənin dördüncü gününə kimi bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq. Bu gündən həmin qurğunun seçki məntəqələrinə paylanılmasına başlanılacaq. Hesab edirəm ki, yeni nəsil şəxsyyət vəsiqələrinin oxunmasında heç bir problem yaranmayacaq”.

Oxunma sayı 34
Siyasət rubrikasından digər xəbərlər