Seçkilərə qatılan jurnalistin namizədliyi qeydə alınıb

13:02 22.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bələdiyyə seçkilərinə qatılan “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərlinin namizədliyi 34 saylı Xətai İkinci seçki dairəsindən qeydə alınıb.

Hafta.az yazır ki, ilk dəfədir belə yarışda iştirak edən E.Cəfərli seçkilərin tam demokratik keçiriləcəyinə ümid edir: “Seçkiyə jurnalist həmkarlarımın təşəbbüsü ilə qatıldım. Namizədliyin qeydə alınması üçün 150 imza tələb olunurdu. İki gün ərzində tələb olunan imza sayından çox toplayaraq dairə seçki komissiyasına təqdim etdim. Əqidə dostlarım, həmkarlarım bu işdə mənə yaxından dəstək verdi. Seçkiqabağı təşviqat kampaniyası çətçivəsində seçicilərlə görüşlər planlaşdırırıq. Xətai rayonunun problemlərini bilirəm. Bu və digər məhəlli problemlərin həlli ilə bağlı dəfələrlə aiddiyyatı qurumlar qarşısında məsələ qaldırıb və bir çoxunun həllinə nail olmuşuq. Onsuz da faktik olaraq yaşadığım ərazinin problemlərinin həllinə çalışdırdım. Xətai sakinləri 23 dekabr seçkilərində mənə etimad göstərib rayon bələdiyyəsinə üzv seçərlərsə, problemlərin həlli ilə daha yaxından məşğul olmaq imkanı yaranacaq”.