Seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik - Kestutis Yankauskas

11:40 22.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik.

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avtopa Şurasından müşahidəçilər dəvət etməsini alqışladıqlarını söyləyib:

"Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcək.

Hesab edirəm ki, biz həmişə olduğu kimi tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik".