“Sədərək”dəki yanğının söndürülməsində polislər də iştirak edib - VİDEO 

10:29 05.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Avqustun 4-də Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yanğının qarşısı alınan zaman və sahibkarlara məxsus malların hadisə yerindən çıxarılmasında polis əməkdaşları da vətəndaşlara yaxından köməklik ediblər. Xilasetmə zamanı polis əməkdaşlarından bir neçəsi tüstüdən zəhərlənib.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan 6-na yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Qalanlar isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin əməkdaşları olub. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Gündəm rubrikasından digər xəbərlər