Səhər pik saatlarında nəqliyyatın hərəkətində çətinlik olmayıb - BNA

14:37 15.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İlk tədris günü şəhər yollarında xüsusən də məktəblərin ətrafında nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilib.

Agentlikdən hafta.az-a verilən məlumata görə, bu gün səhər saatlarında əsas nəqliyyat yükü olan 25 küçə və prospektdə svetoforlara "yaşıl dalğa" əmri tətbiq edilib. Nəticədə səhər pik saatlarında nəqliyyat vasitələrinin hərəkətində ümumilikdə çətinliklər müşahidə olunmayıb.

Qanunsuz parklanma hallarının daha çox müşahidə olunduğu ərazilər əvvəlcədən müəyyən edilərək xidməti fəaliyyət təşkil edilib. Yol hərəkəti iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.

Sıxlıqların qarşısının alınmasında göstərdikləri anlayışa və dəstəyə görə hərəkət iştirakçılarına təşəkkür edirik.

Oxunma sayı 1434