Şəhid çavuş dəfn edilir - FOTO

15:36 21.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəhid hərbçimiz ilə vida mərasimi keçirilir.

Hafta.az-ın məlumatına görə, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Şəhidin cənazəsi Tovuz rayonunun Qazıqulu kəndində yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

***

Bu gün şəhid olan Azərbaycan hərbi qulluqçusunun cənazəsi yaşadığı evə gətirilir.

Hafta.az-ın məlumatına görə, saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun cənazəsi Tovuz rayonunun Qazıqulu kəndində olan evinə gətirilir.

Şəhid bu gün dəfn olunacaq. Şəhid hərbçinin 3 azyaşlı oğlu var.

Oxunma sayı 2875
Gündəm rubrikasından digər xəbərlər