Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb

14:56 19.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşıb.

Hafta.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, abadlıq və təmizlik işləri aparılıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib.

Xiyabanda faciənin rəmzinə çevrilmiş qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Bu kompozisiyanı Xiyabanın girişində güllərdən döşənən xalça və divarlarda səkkizguşəli ulduzların üzərinə vurulan qərənfillər tamamlayıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Şəhidlər xiyabanı vətəndaşların ziyarətinə tam hazırdır. Artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur. Ziyarətçilər arasında veteranlar, hərbçilər, məktəblilər, gənclər də var. Bəziləri xiyabanı ailəliklə ziyarət edir.

Yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətini təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri görülüb. Ziyarət karantin rejimi qaydalarına uyğun təşkil olunur.

Oxunma sayı 183
Siyasət rubrikasından digər xəbərlər