Xalq Ramiz Rövşəni Nobel kürsüsündə görür

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Kulis.az saytı ədəbiyyat üzrə Nobel mükafatının verildiyi ərəfələrdə keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıb. “Siz Azərbaycandan kimi Nobel kürsüsündə görmək istəyirsiniz?“ sorğusunda birinci yeri də Ramiz Rövşən olub. Ümumilikdə 2336 nəfərin iştirak etdiyi rəy sorğusunda səslərin 24 faizini alıb. Belə ki, 2336 respondendən 571 nəfəri Ramiz Rövşəni Nobel kürsüsündə görmək istədiyini qeyd edib. Sorğuda dedektiv yazarı Çingiz Abdullayev Ramiz Rövşəndən 141 səs az toplayaraq 18 faizlə ikinci olub. “Heç kim“ bəndinə istifadəçilərin 15 faizi səs verib və onlar Azərbaycanda heç kəsi ədəbiyyat üzrə Nobelə layiq bilməyiblər. Dördüncü yeri 210 səslə Seyran Səxavət, beşinci yeri 176 səslə xalq yazıçısı Anar tutub. İsa Hüseynov 152 səslə altıncı, gənc yazıçı Seymur Baycan 104 səslə yeddinci yerdə yekunlaşıb. Sorğuda adları yer alan yazarlar - Aqşin Yenisey - 99, Əkrəm Əylisli - 87, Pərviz - 45, Həmid Herisçi - 33, Elçin - 30, İlqar Fəhmi - 23 və Rasim Qaraca - 19 səs toplayaraq müvafiq yerləri bölüşüblər.


Oxunma sayı 134