Səhiyyə Nazirliyindən Balakəndə karantin elan edilməsi ilə bağlı açıqlama

10:00 17.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlandığı, həmin kəndlərdə karantin elan edildiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumatda bildirilib. Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb:

" Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb".

Sosial rubrikasından digər xəbərlər