Şəkidə 200 hektar sahədə yanğın olub

10:52 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.