Şəkidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb

16:42 27.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, rayon sakini Davud Hüseynovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə D. Hüseynovun “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxunma sayı 873