Şəmkir və Qəbələ sakinlərindən odlu silah götürülüb

13:12 21.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir və Qəbələ sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Bayramovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və nömrəsi silinmiş qaz tapançası aşkar edilərək götürülüb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Vəndam qəsəbə sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.