Şəmkirdə 1 ha sahədə çətənə kolları aşkarlanıb

15:25 21.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonu ərazisində 1 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Qaryağdı kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1 ton 800 kiloqram olan 1830 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.