Şəmkirdə baş verən ağır qəza ilə bağlı rəsmi

15:06 30.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində kənd sakini Babək Qurbanovun idarə etdiyi “VAZ-2106” və Sabirkənd kənd sakini S.Allahverdiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə B.Qurbanov və S.Allahverdiyevin sərnişinlərindən - Düyərli kənd sakinləri Ramin Bağırov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.