Şəmkirdə itkin düşən qız Sumqayıtda tapılıb - DİN 

13:26 10.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 6-da Şəmkir rayonunun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənovanın yeri Sumqayıtda müəyyən edilib və o, ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 43