Şəmkirdə qəza - ölən var

22:10 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunun Çaparlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, noyabrın 13-də saat 21 radələrində Şəmkir rayonunun Çaparlı kəndi ərazisində rayon sakinləri R.Məhərrəmovun və A.Məhərrəmovun idarə etdikləri "VAZ-2107" markalı 2 avtomobil toqquşub. Nəticədə R.Məhərrəmovun sərnişini olan atası Rəhim hadisə yerində ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.