Sənan Süleymanov dünya çempionatının 1/4 finalında

11:20 14.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb.

Hafta.az-ın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutur.

Sənan Süleymanov debütdə Xorvatiya güləşçisinə qalib gəlib. İlk dəfə mundiala qatılan güləşçimiz 1/8 finalda əzmkar qələbə qazanıb. Gürcüstan güləşçisi 5:3 öndə olsa da, Sənan əla geridönüş edərək adını 1/4 finala yazdırıb.

Rafiq Hüseynov təsnifat mərhələsində çətinlik çəkmədən Moldova təmsilçisini məğlub edib.