Sənədsiz evlərlə bağlı son vəziyyət - Bu istiqamətdə işlər tam yekunlaşmayıb

14:55 28.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində o cümlədən rayonlarda sənədsiz evlərin sənədləşdirilməsi məsələsi bir neçə il öncə problem kimi görünsə də, artıq bu məsələyə də aydınlıq gətirildi. Belə ki, Prezident İlham Əliyev həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında müvafiq qurumlara müvafiq tapşırıq verdi.

Xatırladaq  ki, Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı yüz minlərlədir. Xüsusilə 2000-ci illərdə Bakı ətrafında bəzi məlumatlara görə, 700 mindən yuxarı belə ev inşa olunub. Bundan əlavə, Bakı kəndlərində Sovet dövründən tikilmiş evlərin çoxunun da “kupça”sı yoxdur.

Bir neçə il əvvəl açıqlanan rəsmi məlumatlara görə, qaz, işıq, su və dəmiryol xətlərinin mühafizə zolaqlarında 400 mindən yuxarı fərdi ev və obyekt inşa olunub. Bundan əlavə, xeyli sayda evlər SOCAR-a məxsus torpaqlarda yerləşir. 

Hafta.az  sənəsdsiz evlərin sənədləşməsi ilə bağlı mövcud durumu öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.  Bildirilib ki, sənədsiz evlərlə bağlı işlər rayonlarda və mərkəzdə davam edir. Hələ ki, sənədləşmə işinin yekunlaşması ilə bağlı məlumat daxil olmayıb.

BŞİH-i söküləcək binalarla bağlı məlumat verib. Qeyd edilib ki, keçən il Nazirlər Kabinetinin qərarı ilə 17 bina sökülməli idi. Ünvanları da məlum idi. Demək olar ki, əksəriyyəti sökülüb. Vətəndaşlar da köçürülüb. Harada ki, bina tikiləcək ona uyğun danışıqlar aparılır. Bu il isə qəzalı binalarla bağlı qərar hələ verilməyib.