Serbiya-Macarıstan sərhədində gizli tunellər aşkarlanıb

13:39 01.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiya-Macarıstan sərhədində gizli tunellər aşkarlanıb.

Bu tunellər miqrantların Macarıstan sərhədini gizlicə keçməsi üçün istifadə olunurmuş. Tunellər sərhədlərdə inşa olunmuş dəmir barmaqlıqların altında keçirdi.

Tunellərdən biri Macarıstanın cənubunda yerləşən və Serbiya ilə həmsərhəd Asottalom kəndindədir. Buradan keçmək istəyən 44 miqrant həbs olunub. Digər tunel isə Macarıstanın Çikeriya kəndinə doğru qazılıb.

Serbiya Miqrasiya Xidmətinin məlumatına əsasən, son aylarda Macarıstana qanunsuz yollarla keçənlərin sayı artıb.