“Serj Sarkisyan Azərbaycan üçün uşaq qatilidir” - Prezidentin köməkçisi

10:31 21.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın Böyük Britaniyanın “Independent” nəşrində yayımlanan müsahibəsindəki fikirlərə cavab verib.

Hafta.az-ın xəbərinə görə, H. Hacıyev özünün “Twitter” hesabında bildirib ki, S. Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir.

"O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”, - deyə H. Hacıyev vurğulayıb.

Oxunma sayı 1207
Siyasət rubrikasından digər xəbərlər