Sərnişin avtobusu piyadanı vurub

23:56 12.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Bilgəh qəsəbəsində 172 nömrəli sərnişin avtobusu 1995-ci il təvəllüdlü Ülvi Abbasovu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.