Sərxoş olub evini yandırdı, 2 yaşlı oğlu yanaraq öldü

12:25 18.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb.

Hafta.az-ın məlumattına görə, hadisə zamanı evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hal hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər.

Qaynanaın bədənini 50%, 24 yaşlı qızın bədənini 70% yanması bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edlib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.