Səudiyyə Ərəbistanı OPEC+ sövdələşməsi çərçivəsində neft hasilatını azaldacaq

17:10 03.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 11,3 mln. barelədək bərpa edib.

Bunu Səudiyyə Ərəbistanının Enerji, Sənaye və Mineral Ehtiyatlar naziri Əbdüləziz bin Salman Əl Saud Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” beynəlxalq forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla yanaşı, OPEC ölkələri ilə kartelə daxil olmayan ölkələr arasında neft hasilatının azaldılması dair razılaşma (OPEC+) çərçivəsində Səudiyyə Ərəbistanı bu ilin noyabrın sonunda neft istehsalının həcmini aşağı salacaq.

 
"Biz gündəlik hasilatı 11,3 mln. barel səviyyəsində sabitləşdirdik. Noyabr ayının sonuna qədər öhdəlik çərçivəsində əvvəlki hasilat həcminə qayıdacağıq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun iki ən böyük müəssisəsinə pilutsun uçan obyektlər tərəfindən hücum edilib. Zərbələrin yaratdığı partlayışlar və yanğınlar nəticəsində dünyanın ən böyük neft ixracatçısının gündəlik hasilatı 9,8 mln. bareldən 5,7 mln. barelə enib. Bu vəziyyət dünya bazarlarında neftə olan qiymətlərin kəskin artmasına səbəb oldu.

İqtisadiyyat rubrikasından digər xəbərlər