“Sevilya”nın hücumçusu “Monako”ya transfer olub  

16:39 14.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın “Sevilya” klubunun hücumçusu Vissam Ben-Yedder Fransanın “Monako” komandasına transfer olub.

Fransız futbolçu üçün “Monako” 40 milyon avro ödəyib. Ben-Yedder ilə beşillik müqavilə imzalanıb.

Ötən mövsüm “Sevilya”nın heyətində İspaniya La Liqasında uğurlu çıxış edən fransız futbolçu 35 oyunda 18 qol vurub.