Seysmoloji Mərkəz Türkiyədəki zəlzələnin Azərbaycana təsiri ilə bağlı məlumatlara münasibət bildirib

15:15 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Türkiyənin ərazisi seysmik baxımdan çox aktiv bölgədir. Orada bir sıra aktiv qırılmalar var. Axırıncı baş verən zəlzələlər də ərazidə aktivliyin yüksək olduğunu göstərdi”.

Hafta.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri  Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, bu zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur: “Azərbaycan ərazisi də seysmik bölgədə yerləşir. Lakin bizim ərazimizdəki qırılmaların nə Türkiyə, nə də digər qonşu ölkələrlə əlaqəsi yoxdur. Seysmik bölgələrdə vaxtaşırı hiss olunan və ya hiss olunmayan təkanlar baş verir. Lakin zəlzələnin dəqiq proqnozu olmadığına görə birmənalı şəkildə heç kim zəlzələ olacaq və ya olmayacaq tipli proqnoz verə bilməz”.

Oxunma sayı 163