Silsilə oğurluqlar edən şəxs ifşa olunub

15:14 26.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarının əməkdaşları talama cinayətlərinə qarşı çevik və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsində iki evdən oğurluq faktı ilə bağlı daxil olan müraciət üzrə bir evdən 5015 manat məbləğində pul, 5655 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 3500 manat məbləğində pul, 7000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhə bilinən şəxs müəyyən olunub.

Silsilə oğurluq əməllərində şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər oğurluq və xuliqanlıq maddələri ilə məhkum olunan 29 yaşlı Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.

T.Qəmbərovla bağlı aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun qəsəbədə digər yaşayış evlərindən müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını talaması sübuta yetirilib.

Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Oxunma sayı 584