Simeonedən Qrizmannla bağlı açıqlama

12:47 06.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone "Barselona"ya transfer olunan Antuan Qrizmannla bağlı açıqlama verib.

Hafta.az komanda.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, fransalı futbolçunun Kataloniya klubuna keçidi haqqında danışıb:

"Bu 5 il ərzində Qrizmann klub tarixində ən çox qol vuran 5 futbolçudan biri oldu. O, klubdan ayrılması ilə bağlı mənimlə danışmaq üçün gələndə, artıq hər şeyi hiss etmişdim. Düşünürəm ki, o, özünü inkişaf etdirmək üçün ən doğru zamanı axtarırdı. O, gənc, istedadlı, çox sevdiyim futbolçudur. Bu sevgini qorumağın ən yaxşı yolu isə hörmət etməkdir.

Qrizmann gələndə, hücumçu deyildi, son cinah futbolçusu idi. Mən onu hücumçu kimi oynadanda, hər kəs onu geridə oynatmağımı deyirdi. Amma o, sürətlidirsə, mərkəzdə və başla yaxşı oynaya bilirsə, yaxşı zərbələri varsa, niyə cinahda oynamalıdır?".