Şirvanda 1 nəfər kanalizasiya quyusuna düşərək ölüb

10:28 14.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər kanalizasiya quyusuna düşüb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1948-ci il təvəllüdlü Babayev Şahmirzə Fərid oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. ​