Siyəzəndə qəza - 8 nəfər xəsarət alıb

10:54 21.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Siyəzən-Qalaaltı yolunda qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan 4-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4-nün müalicəsi isə mərkəzdə davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.