Siyəzəndə “Range Rover” aşdı, ölən var

17:50 09.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, sentyabrın 8-də saat 1 radələrində Siyəzən şəhəri ərazisində Tofiq İsmayılov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Araşdırma aparılır.