Siz Azərbaycan xalqını, millətini qorudunuz - Laçınlı məcburi köçkün Prezidentə minnətdardır

14:54 21.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hörmətli cənab Prezident.

Azərbaycan ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünya dövlətləri arasında tanındı. Biz fəxr edirik ki, bu gün həmin siyasəti Siz layiqincə davam etdirirsiniz.

Cənab Prezident, dünyamız gözəgörünməz bəla ilə mübarizə aparır. Digər ölkələr bu bəladan ağır itkilər verdiyi halda, Siz Azərbaycan xalqını, millətini qorudunuz. Xalqımız seçimində yanılmadığı üçün qürur hissi keçirir. Siz öz əməlinizlə, zəhmət və uzaqgörənliyinizlə xalqımızı bu bəladan xilas etdiniz.

Özünü güclü sayan dövlətlərin koronovirus epidemiyasının qarşısında aciz qaldığı bir vaxtda, Sizin gördüyünüz tədbirlər Azərbaycan xalqını zəfər qələbəsinə yaxınlaşdırır. Bu yorulmaz fəaliyyətə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Sizin sayənizdə tezliklə bu bəlaya qalib gələrək torpaqlarımızı da azad edəcək, bayrağımızı Qarabağdakı, Laçındakı zirvələrdə ucaldacağıq. Biz buna əminik.

Hörmətlə,

Zeynalov Elçin

Laçın rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Ağsu rayonu”.

Oxunma sayı 228
Siyasət rubrikasından digər xəbərlər