Siz daim hər bir Azərbaycan vətəndaşının qayğısına qaldığınızı bütün addımlarınızla sübut edirsiniz - Vətəndaşlar Prezidentə təşəkkür edir

16:30 23.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hörmətli cənab Prezident.

2020-ci ilin faciəsi olan və bu günədək yüzlərlə dövlətin iqtisadiyyatını sarsıdan, milyonlarla insanın təşviş və qorxu içində yaşamasına səbəb olan COVID-19 virusu Azərbaycan dövlətindən də yan keçməyib. Bu çətin dövrdə Azərbaycan xalqı şəxsən Sizin və iqtisadiyyatı güclü olan dövlətimizin dəstəyini gördü. Ehtiyacı olan hər bir ailə Sizin uğurlu siyasətiniz sayəsində maddi ödənişlər və ərzaq yardımları alır. Buna görə Sizə təşəkkür edirəm”.

Salyan rayonundan Təhminə Kərimova:

“Hörmətli cənab Prezident, dünyanı bürüyən bu virus bizim ölkəmizdən də yan keçmədi. Böyük dövlətlərin belə bu xəstəliyin qarşısında aciz qaldığını gördük. Siz istər gəncləri, istər yaşlıları, istərsə də uşaqları qorumaq üçün əlinizdən gələni əsirgəmədiniz. Sizin xalqa çağırışınız, verdiyiniz qərarlar, sərhədlərin vaxtında bağlanması, dövlətin bütün güc strukturlarının bu işlərə cəlb olunması sayəsində ölkəmizdə bu virusun yayılma coğrafiyası genişlənmədi. Buna görə Sizə təşəkkür edirik. Bu çətin günlərdə xalq və Prezident həmrəyliyi Sizin güclü lider olduğunuzun göstəricisidir. Biz hər zaman Sizinləyik, cənab Prezident!”.

Masallı rayonunun sakinləri İlkin Ağayev, Cəlal Əliyev, Əfsər Nuriyev, İlhamə Əhmədova Ülkər Həbibova, Hikmət Abbasov və Əliyağa Hüseynov yazırlar: “Hörmətli cənab Prezident, Siz bu çətin günlərdə diqqət və qayğınızı bizdən əsirgəmədiniz. İnşallah, vaxtında gördüyünüz tədbirlər sayəsində tezliklə koronavirus bəlası Azərbaycan xalqının başı üzərindən çəkilər. Biz buna inanırıq. Sizin uğurlu və uzaqgörən siyasətiniz, gördüyünüz qabaqlayıcı tədbirlər buna əmin olmağımıza əsas verir. Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu davam etdirir, xalqımıza olan diqqət və qayğını gündən-günə artırırsınız. Dünyada geniş yayılmış koronavirusla mübarizədə güclü iqtisadiyyata malik olan ölkələrin aciz qaldığı bir dövrdə Azərbaycan xalqı Sizin qətiyyətli addımlarınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu bəladan az itki ilə qurtulacaq. Xalqımıza olan diqqətinizə görə Sizə təşəkkür edirik.

Allah Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı versin. Allahın amanında olasınız!”.

Hacıqabul rayonunun Birinci Udullu kəndindən Məhəmməd Hacıyev:

“Möhtərəm cənab Prezident, dünyada koronavırus pandemiyasının sürətlə və geniş yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda çox çevik tədbirlər görməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən ümdə məsələdir və daim diqqətinizdədir. Ölkədə mövcud karantin rejiminin tətbiq olunması ilə yanaşı, koronavirus pandemiyasına qarşı birgə mübarizə məqsədilə beynəlxalq təşkilatlarla çoxşaxəli fəaliyyətiniz, onlara qlobal çağırışlarınız göz qabağındadır. Bu, Sizin ümumbəşəri hisslərlə yaşadığınızı və çox humanist, geniş qəlbə malik olduğunuzu sübut edir. Möhtərəm cənab Prezident, Sizinlə birlikdə ən yaxın silahdaşınız Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva koronavirus pandemiyası qeydə alındığı gündən bu sahədə çox böyük işlər görmüşdür. Mehriban xanım pandemiyanın ilk günlərində Azərbaycan xalqına bir ana kimi, bir xanım kimi müraciət edərək, onları bu amansız və gözəgörünməz xəstəliyə qarşı mübarizədə birliyə çağırdı, vətəndaşlarımızı “Evdə qal!” prinsipinə əməl etməyə, bir-birilərinə qarşı diqqətli, qayğıkeş olmağa, Operativ Qərargahın təlimatlarına əməl etməyə səsləyərək bildirdi ki, biz birlikdə koronavirus pandemiyasının birinci mərhələsində qalib gəldik. Lakin qarşıda bizi daha çətin və uzun mərhələ gözləyir. Ona görə də qaydalara riayət etmək, küçədə sosial məsafəni saxlamaq, tibbi maska taxmaq və şəxsi gigiyenanı gözləmək hər bir vətəndaşın borcudur. Son dərəcə məsuliyyətli olmalı, özümüzü, ailəmizi, yaxınlarımızı və xalqımızı gözəgörünməz düşməndən qorumalıyıq.

Möhtərəm cənab Prezident, Hacıqabul rayon sakini və bir ziyalı kimi koronavirus pandemiyası təhlükəsindən xalqımızı fədakarcasına qoruduğunuza, hər zaman vətəndaşların yanında olduğunuza görə Sizə və Mehriban xanıma Hacıqabul rayon sakinləri adından, şəxsən öz adımdan təşəkkür və minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətinin rifahı və möhkəmlənməsi naminə, çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirəm. Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun!”.

Sumqayıt şəhərinin sakini Mehriban Əhmədova:

“Hörmətli cənab Prezident, Siz daim hər bir Azərbaycan vətəndaşının qayğısına qaldığınızı bütün addımlarınızla sübut edirsiniz. Koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimində aztəminatlı ailələr xüsusi qayğı ilə əhatə olunub. Biz də belə ailələrdən biriyik. Bu günlərdə gördüyüm diqqət, ərzaq yardımı ilə təmin olunmağım mənə Qarabağ qazisi olan mərhum həyat yoldaşımın yoxluğunu unutdurdu. Sizə bu qayğıya görə minnətdarlıq bildirirəm. Allah Sizdən razı olsun!”.

Yevlax şəhərindən Abdurrahim Qarayev:

“Hörmətli cənab Prezident, mən azərbaycanlı şagird olaraq Vətənimlə, Sizinlə fəxr edirəm. Sizin bütün vətəndaşların, o cümlədən məktəblilərin qayğısına qalmağınız bizlərə olan sevginin göstəricisidir.

Koronavirus pandemiyası ilə bağlı yürütdüyünüz siyasət nəticəsində Azərbaycan digər ölkələrə nisbətən daha az itkilər verir.

Sizə bütün işlərinizə görə minnətdarlığımı bildirirəm. Allah dövlətimizi, Sizi, xalqımızı qorusun!”.

Bakının Yasamal rayonundan Eldar Sultanov, Günel Məmmədova və Dilarə Quliyeva yazırlar:

“Möhtərəm cənab Prezident, pandemiya dövründə xalqımızı qorumaq üçün vaxtında gördüyünüz tədbirlərə, bizə yardım edilməsinə tapşırıq verdiyinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı bildiririk. Sizi sevirik və hər zaman dəstəkləyirik. Evdə qalan, işə gedə bilməyən insanların bu çətin günlərdə maddi yardım və sovqatlarla təmin olunması böyük bir qayğının göstəricisidir. Biz də bu qayğını görən insanlardanıq. Bu işlərdə Heydər Əliyev Fondu da öz köməyini əsirgəmir. Biz fəxr edirik ki, Azərbaycan xalqının Sizin kimi güclü, qüdrətli Prezidenti var. Allah Sizi və ailənizi qorusun! Hər zaman Sizinləyik”.

Bakının Nəsimi rayonundan Adil Ağayev:

“Hörmətli cənab Prezident, Sizin böyük iradəniz, qətiyyətiniz, əzminiz sayəsində ölkəmiz koronavirusa qarşı güclü dirəniş göstərməkdədir. Dünyada geniş yayılan bu bəla Sizin müdrik siyasətinizin nəticəsidir ki, ölkəmizdə özünü o qədər də güclü göstərə bilmədi. Şükürlər olsun ki, ölkəmizdə yoluxanların sayı digər ölkələrlə müqayisədə azdır. Əziz Prezidentimiz, xalqımız Sizin yanınızdadır və Sizinlə fəxr edir. Biz Ağayevlər ailəsi də Sizi dəstəkləyirik. Sizə bütün həyat boyu işıqlı yol, sağlam ömür arzulayırıq”.

Bakının Yasamal rayonundan şagird Elxan Nuriyev: “Çox hörmətli cənab Prezident, mənim 16 yaşım var, orta məktəb şagirdiyəm. Oxuduqlarıma və eşitdiklərimə əsasən deyə bilərəm ki, ulu öndər Heydər Əliyev və Siz müdrik qərarlarınızla və siyasətinizlə Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyan taleyüklü məsələlərin həllinə nail olmusunuz. Məktəblərdə müəllimlər və şagird dostlarım bütün bunlarla bağlı ağızdolusu danışırlar. COVID-19 pandemiyasını da bu cərgəyə aid etmək olar. Sizin sərəncamlarınız, tapşırıqlarınız, çağırışlarınız hesabına bu xəstəliklə layiqli mübarizə aparırıq və qalib gələcəyimizə böyük inamımız var. Məktəbdən uzaq qaldığımız bu çətin günlərdə dərslərimizi onlayn üsulla davam etdiririk. Yaradılan bu imkana, şəraitə görə Sizə təşəkkür edirəm. Bu dərslər mənim üçün çox vacibdir. Orta və ali məktəb arasında keçid mərhələsində olduğumdan təhsilimdə yarana biləcək böyük fasilə mənim gələcəyimə mənfi təsir göstərə bilər. Ona görə də onlayn dərslərə daha məsuliyyətlə hazırlaşıram. Sizə bir daha təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram”.

Şirvan şəhərindən Aybəniz Zülfiqarova:

“Möhtərəm cənab Prezident, Siz müasir Azərbaycanın banisi, memarı, adı və imzası tarixə qızıl hərflərlə yazılmış ölməz liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün gördüyünüz tədbirlər təqdirəlayiqdir. Hər bir vətəndaşın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması üçün gördüyünüz tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Bundan əlavə, müxtəlif sahələrdə apardığınız islahatları da dəstəkləyir, bu istiqamətdəki fəaliyyətinizə Sizə uğurlar diləyirəm.

Siz çıxışlarınızda gənclərə dəstək verdiyinizi daim vurğulayır və onların inkişafı üçün geniş imkanlar yaradırsınız. Mən bir gənc olaraq Sizin kimi ədalətli, xalqını sevən, qoruyan liderimiz olduğu üçün sonsuz sevinc, qürur, şərəf hissi keçirirəm”.

Bakı şəhərindən həkim İlqar Əzimov:

“Hörmətli cənab Prezident, Sizin ciddi nəzarətiniz altında Azərbaycan Hökuməti amansız COVID-19-la mübarizə aparır. Dünyada yayılan ağır virusun xalqımızdan az itkilərlə yan keçməsi üçün çox diqqət və qayğı göstərdiniz. Bir həkim olaraq mən bu mübarizənin istiqamətini və yerinə yetirilməsini alqışladım, kənarda qalmamağa çalışdım. Lakin bütün gigiyena qaydalarına riayət etməyimə baxmayaraq, mən də COVID-19-a yoluxdum. 10 aprel-9 may tarixlərində “Yeni Klinika”da çox ağır vəziyyətdə oldum. 10 gün müddətində süni tənəffüs aparatına bağlı oldum. O dövrdə TƏBİB başda olmaqla bütün “Yeni Klinika” heyəti davamlı mübarizə nəticəsində məni çox təhlükəli vəziyyətdən çıxara və həyata qaytara bildilər. Bütün bu şəraitin, müasir klinikanın, avadanlığın və ən əsası, insani münasibətin memarı olan Sizə dərin minnətdarlığımı bildirirəm. Bu gün mənim ailəmin, qohumlarımın, dostlarımın və yaxınlarımın yanında olmağım Sizin nəzarətiniz altında yaradılmış TƏBİB və “Yeni Klinika”ya təhkim olunmuş fədakar Azərbaycan həkimlərinin sayəsindədir”.

Beyləqandan Sahilə Fərmanova:

“Möhtərəm cənab Prezident, dünyanı sarsıdan COVID-19 pandemiyası xalqımız üçün də qorxu yaradırdı. Sizin uzaqgörən siyasətiniz bu qorxunc xəstəliyin sürətlə yayılmasının qarşısına böyük bir sədd çəkdi. Koronovirus pandemiyasına qarşı atdığınız uğurlu addımların nəticəsi göz qabağındadır. Biz böyük müəllim ordusu Sizə güvənir və xalqımızın rifahı naminə bütün sahələrdə apardığınız islahatları ürəkdən bəyənirik. Allah Sizi qorusun!”.

Abşeron rayonundan Pərvanə Əliyeva:

“Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən koronavirus pandemiyasının təsirləri Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə minimum səviyyəyə endirildi. Sizin və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanım Əliyevanın məqsədyönlü işləriniz sayəsində bu mübarizədən üzüağ, alnıaçıq çıxmaqdayıq. Əlbəttə, bunun əsas səbəbi Sizin xalqla birlikdə olmağınızdır. Xalqımızın sağlamlığını düşünərək “Evdə qal!” çağırışını etdiniz. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi, sahibkarlara edilən güzəştlər, tibb işçilərinin sosial təminatlarının yaxşılaşdırılması və bu istiqamətdə atılan digər addımlar Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdi. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik”.

Göyçay rayonunun sakinləri Pərviz Həsənov və Ceyhun Mütəllimov:

“Möhtərəm cənab Prezident, xalqımız Sizi çox sevir və dəstəkləyir. Ulu öndər Heydər Əliyev və Siz Azərbaycan xalqına azad yaşamağı qismət etdiniz. Ulu Öndərimiz demişdir: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Siz bu gün hər bir insanın taleyini dövlətin ümdə işinə çevirmisiniz. Hər birimizə göstərilən qayğı dövlətin hər an vətəndaşının yanında olduğunu göstərir.

Biz, ailələrimiz, bütün Azərbaycan xalqı Sizə minnətdarıq. Çox sağ olun, cənab Prezident!”.

Şamaxıdan Məryəm Süleymanova:

“Əziz Prezidentimiz, uşaqlar Sizi də, Mehriban xanımı da çox istəyirlər. Koronavirus təhlükəsindən xalqımızı qoruduğunuza və bu çətin günlərdə hamıya yardımlar etdiyinizə, hər bir kəsə kömək göstərdiyinizə görə ailəmiz Sizə minnətdardır. Mən, həmçinin təhsil aldığım Şamaxı Avropa Liseyinin 1d sinfinin şagirdləri adından da Sizə təşəkkür edirəm.

Allah Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun!”.

Oxunma sayı 56
Siyasət rubrikasından digər xəbərlər