Sizə və ailənizə Ulu Tanrıdan cansağlığı və işlərinizdə uğurlar arzulayıram - Şəhid atası Prezidentə yazır

18:37 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Son illər ərzində Azərbaycanın bütün bölgələrində olduğu kimi, doğma Salyanın da hər yerində abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Kənd təsərrüfatının inkişafı, insanlara qayğı və diqqət ürəyimizcədir. Xüsusilə, qeyd etmək istəyirəm ki, aqrar sahənin inkişafına verilən dəstək sahəsində həm əkin sahələri genişlənir, həm də insanların güzəranı yaxşılaşır. Torpağa bağlanmaq və əkin-biçin işləri aparmaq istəyən vətəndaşlar üçün geniş imkanlar və əlverişli şərait yaradılmışdır.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə yaşadığım Sarvan kəndinin ağsaqqalları, ziyalıları və şəhid ailələri adından Sizi təbrik edir, Sizə və ailənizə Ulu Tanrıdan cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Qaraşov Cahangir Bahadır oğlu

Əməkdar mədəniyyət işçisi, şəhid atası

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.

Oxunma sayı 2091
Sosial rubrikasından digər xəbərlər