Sizin sayənizdə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlib - II qrup Çernobıl əlili Prezidentə yazır

15:55 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çox hörmətli Prezidentimiz.

Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin dövlətçilik təcrübəsindən yararlanan dövlət başçısınız. Sizin sayənizdə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb, vətəndaşların sosial rifahı yaxşılaşıb. Siz xalqımızı koronavirusdan qoruyursunuz, çalışırsınız ki, Azərbaycan xalqı sağlam və xoşbəxt yaşasın. Bütün bunlara görə də Azərbaycan xalqı daim Sizinlədir.

Cənab Prezident, mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun.

Sonda kiçik bir şer parçasını ali diqqətinizə təqdim edirəm.

Azərbaycan, bəxtəvərsən, sənin Ulu Öndərin var.

Heydər kimi şəxsiyyətin, İlham kimi övladın var.

Yaşat bizi Prezidentim, biz Sizinlə fəxr edirik,

Gündən-günə yüksələrək, irəliyə doğru gedirik.

 

Azərbaycan - Azərbaycan, Odlar Yurdu!

Keşiyində dayağın var, igidlərin, əsgərin var.

Üçrəngli bayrağın var, zirvələrdə dalğalanan,

Biz Sizinlə fəxr edirik, yaşa Ali Baş Komandan!

 

Yumruq olaq biz birləşək, duraq Vətən keşiyində.

Sanki Ana əzizləsin körpəsini beşiyində,

İlham kimi oğlun vardır Azərbaycan,

Yaşa Sizi dahi rəhbər, Ali Baş Komandan!

Hörmətlə,

Kazımov Mahir İbrahim oğlu, II qrup Çernobıl əlili, Şəmkir rayon Çernobıl əlilləri İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Əliyaqublu kəndi.

Oxunma sayı 1343