Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan dünyanın nüfuzlu öləklərindən birinə çevrilib - Vətəndaşlar yazırlar

15:17 29.06.2020
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Bir gənc müəllim olaraq Azərbaycanın bu günü və sabahı üçün gördüyünüz işləri yaxından izləyir və alqışlayıram. Pandemiya ilə mübarizə sahəsində gördüyünüz işlər göz qabağındadır. Əvvəlki illərdə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, çoxlu sayda tibb ocaqlarının ərsəyə gətirilməsi, modul tipli xəstəxanaların operativ olaraq inşa edilib istifadəyə verilməsi harayımıza yetdi. Belə olmasaydı, xəstəliyə yoluxan insanları yerləşdirməkdə çətinlik çəkər, görülən tədbirlərin səmərəliliyi azalardı.

Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan nəinki regionun, hətta dünyanın nüfuzlu öləklərindən birinə çevrilib. Bu gün bir çox ölkələr Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, dünyanın dörd bir yanından insanlar ölkəmizlə yaxından maraqlanırlar.

Sizə hər zaman böyük ehtiyacımız var, cənab Prezident!

Hörmətlə,

Nağıyev Müşfiq.

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Kolanı kəndi.

***

Möhtərəm cənab Prezident.

İyun ayının 3-də Ağcabədi rayonuna səfəriniz ailəmizin böyük sevinc və iftixarına səbəb oldu. Səfərdən dərhal sonra Ağcabədi rayonunun 14 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinə yol çəkilməsi və Sarıcalı kəndində 360 yerlik məktəb binasının tikilməsinə dair verdiyiniz Sərəncamlar cəbhə bölgəsi və Qarabağ torpağı olan Ağcabədi rayonuna diqqət və qayğınızın təzahürüdür.

Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaq. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər. Dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz nümunəsidir. Mən fəxr edirəm ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi qorusun, Azərbaycan xalqına çox görməsin.

Hörmətlə,

Orucov Fazil Atakişi oğlu

Ziyalı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kəbirli kəndi.

***

Möhtərəm cənab Prezident.

Dünya ölkələrini təşvişə salan, dövlətləri müflisləşmə həddinə qədər gətirib çıxaran COVID-19 pandemiyasının ölkəmizdə yarada biləcəyi fəsadların qarşısınının böyük ölçüdə alınması Sizin uzaqgörənliyinizin, yüksək idarəçilik qabiliyyətinizin, yeritdiyiniz düzgün siyasətin nəticəsidir. Bu sınaq ölkəmizdə xalqın dövlətə olan inamını, güvənini bir daha sübut etdi. Bu hadisələrin baş verdiyi dövrdə xalqımızın rifahı naminə görülən tədbirlər, atılan addımlar xalqımız tərəfindən yüksək qiymətləndirildi. Ümummilli lideri Heydər Əliyev kimi, Siz də Azərbaycan xalqını təhlükəli vəziyyətlərdən qəhrəmancasına xilas edirsiniz.

Koronavirusa yoluxmanın aşkar olunduğu ilk vaxtdan etibarən xalqımızın sağlamlığını hər şeydən üstün tutmağınız xalqa verdiyiniz dəyərin təzahürüdür. Eyni zamanda, karantin qaydalarına xalqımızın mütləq əksəriyyətinin əməl etməsi xalqın dövlətə bağlılığının göstərisidir. Xalqımızın bu çətin sınaqdan xilas olunması üçün gördüyünüz tədbirlərə görə Sizə öz adımdan, ailəmin adından təşəkkür edirəm, cənab Prezident.

Əzəli torpaqlarımızın qaytarılması uğrunda apardığınız mübarizədə Sizin siyasətinizi hər zaman dəstəkləyir, dövlətimiz, dövlətçiliyimiz, xalqımız uğrunda hər bir tapşırığa hazır olduğumu bildirirəm.

Hörmətlə,

Mütəllimzadə Mütəllim Şəmil oğlu

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Yuxarı Əndəmic kəndi.

***

Möhtərəm cənab Prezident.

Sizin koronavirus pandemiyasının qarşısının alınması üçün atdığınız qabaqlayıcı addımlar tam əminliklə deməyə əsas verir ki, bu bəladan az itkilərlə çıxacağıq.

Cənab Prezident, bizim sağlamlığımızın qeydinə qaldığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Belə bir çətin vaxtda rayonumuza səfər etdiniz, möhtəşəm Olimpiya İdman Kompleksinin, Dövlət Rəmzləri Muzeyinin, Tərtər Elektrik Yarımstansiyasının, 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolunun açılışlarını etdiniz. Biz tərtərlilər haqqında dediyiniz “Mən aprel döyüşlərindən sonra burada olarkən tərtərlilərin mərdliyini bir daha gördüm. Gördüm ki, onlar öz torpağından heç yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpaqlarında möhkəm dayanıblar” sözləri bizim vətəndaş məsuliyyətimizi, vətənpərvərliyimizi daha da artırıb.

Cənab Prezident, Tərtər rayonu, onun sakinləri haqqında dediyiniz xoş sözlərə, insanlarımıza verdiyiniz yüksək dəyərə görə Sizə minnətdarıq. Tərtərlilər Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirlər, Vətənimizə və Sizə sadiqdirlər.

Hörmətlə,

Əhmədov Etibar

Azərbaycan Respublikası, Tərtər rayonu.

Oxunma sayı 1745