Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident - Aygün Salmanova terapevt

14:04 02.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətəndaşlardan Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına minnətdarlıq məktubları gəlməyə davam edir.

Hafta.az-ın məktublardan bir neçəsini təqdim edir:

“Möhtərəm cənab Prezident.

Bütün bəşəriyyətin ağır pandemiya ilə mübarizə apardığı bir dövrdə Sizin insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin bariz nümunəsidir. Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər təbii ki, Sizin adınızla bağlıdır və Sizin təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının Prezidenti olduğunuzu sübut edir. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ağır nəticələrindən xilas etməkdədir. Mən həkimlik borcumu yerinə yetirmək üçün Astara və Masallı rayonlarına ezam olunmuş həkim kimi, virusa yoluxmuş xəstələri müalicə edən zaman Sizin biz həkimlərə və xəstələrə göstərdiyiniz diqqətin, qayğının bir daha şahidi oldum. Bununla yanaşı, pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrinə belə böyük faciə yaşatdığını da müşahidə etdik. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya virusla ən uğurlu mübarizə modellərindən birini göstərdi. Bu bir vətəndaş və bir həkim olaraq məni sevindirməyə bilməz.

Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident. Allah Sizi qorusun.

Hörmətlə,

Salmanova Aygün Telman qızı

Salyan rayon Mərkəzi Xəstəxanasının həkim terapevti

Azərbaycan Respublikası, Salyan rayonu”.

Oxunma sayı 271
Siyasət rubrikasından digər xəbərlər