“SOCAR Metanol” zavodunda 710 min tondan çox metanol istehsal edilib

13:24 06.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2016-cı ildən bu günədək “SOCAR Metanol” zavodunda 710 min tondan çox metanol istehsal olunub.

Hafta.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən məlumat verir.

Şirkətdən bildiriblər ki, ötən il 230 min tona yaxın məhsul istehsal olunub, bu ilin sonunadək isə 350 min ton metanol istehsalı planlaşdırılır.

 Qeyd edək ki, zavod həmin məhsulun satışına 2014-cü ilin yanvarından başlayıb. Zavodun illik istehsal gücü 650-700 min ton təşkil edir.

Sabir