Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb - ÜST

10:00 26.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 100 mindən çox artıb.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 25-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 100 264 nəfər yeni koronavirusa yoluxub, 4 342 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 304 772, ölənlərin isə 342 029 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 395 295 yoluxma və 141 472 ölüm halı.

Bu göstəricilərə görə ikinci yerdə olan Avropada yoluxanların sayı 2 025 176, ölənlərin sayı isə 174 429 nəfərə çatıb.

Qərbi-Sakit okean regionunda ümumilikdə 427 832 yoluxma və 11 164 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxunma sayı 248