Sosial şəbəkədə koronavirusla bağlı yalan məlumat yayan şəxs saxlanılmayıb - DİN 

11:41 24.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə Bakıda Mərkəzi Klinik Xəstəxanada koronavirusla bağlı xəstələrin olması ilə bağlı şayiələr yayanlara qarşı tədbirlər görülür.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov deyib

O bildirib ki, həmin səs yazıları yayan şəxslərlə bağlı araşdırmalar aparılır:

"Sözsüz ki, bu məsələ cəmiyyətin həssas nöqtəsi olduğu üçün bütün qurumlar bununla bağlı ciddi tədbirlər görür. Bu məsələ ilə bağlı kimlərinsə şayiə xarakterli məlumat yayması, əhali arasında vahimə yaratması da yolverilməzdir. Bununla əlaqədar lazımi profilaktik tədbirlər həyata keçirilir. Hələlik bu məsələ ilə bağlı saxlanılan yoxdur".