Sovet işğalı, böyük qətliam, susmayan macar xalqı

17:10 06.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

II Dünya Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbə çalması bütün dünyada olduğu kimi, Macarıstanda da kommunistlərin mövqeyini gücləndirdi. Nəticəsi də bu oldu ki, müharibə başa çatandan dərhal sonra Macarıstanda keçirilən seçkilərdə kommunistlər dördüncü ən çox səs toplayan partiya olaraq uğur qazandılar. Amma iş bununla bitmədi, SSRİ bir neçə min üzvü olan həmin partiyaya açıq dəstək verərək təkbaşına iqtidarı ələ keçirməsinə yardımçı oldu. Bununla da, faşistlərin illər boyu fəlakət gətirdiyi Macarıstan daha 50 davam edəcək böyük zillətin bataqlığına sürükləndi.

Deməli, o dövrdə SSRİ öz communist blokunu yaratmağa çalışırdı. Bu mənada Avropanın mərkəzində yerləşən Macarıstanı nəzərdən çıxara bilməzdi. 1949-1953-cü illər arasında Macarıstan Əmək Partiyasının baş katibi Matias Rakosi, ölkədə stalinizmin əsas yayıcısına çevrildi. Fəhlə qüvvəsi üzərində təsir və təzyiqlər artırıldı ki, bu da ilkin olaraq 200 min işçi qüvvəsini əhatə edirdi. Bu illərdə təkpartiyalı sistem Macarıstanda kommunistlərin mövqeyini olduqca gücləndirdi: partiya daxilində və xaricində istənilən demokratik davranış yasaqlandı, həmkarlar ittifaqları communist partiyasının nəzarətinə verildi, gizli polis AVH isə ölkədə ən vacib təşkilat statusuna gəldi və sair.

Gündən-günə artıral təzyiqlər müharibədən yeni çıxmış, onsuz da sosial durumu ağır olan xalq kütləsini tədricən qəzəbləndirirdi. O dövrdə zavodlardan birinin fəhləsi belə deyirdi: "Kommunistlər “zavodlar sizindir, özünüz üçün işləyin” deyərək iş yerlərimizi ictimailəşdirirlər. Onlar bizə hər şeyin sözünü verirdilər, amma bizi təzyiq altına alıb ağılllarına gələn ən böyük səfalətin içinə atdılar”.

1952-ci ildə Rakosi baş nazir oldu, ancaq 1953-cü ildə Stalin vəfat edəndən sonra kommunistlər (Stalinçilər) Macarıstanda təzyiqlərini daha da artırdılar. Bu zaman Avropanın digər ölkələrində də fəhlə sinfi nümayəndələrinin üsyanları genişlənməkdəydi. 1953-cü ildə Şərqi Almaniyada başlayan fəhlələrin üsyanı qana boyanmaqla yatırıldı. Həmin il Macarıstanda da bənzər etirazlar baş qaldırmaqdaydı. Matiasdakı dəmir-polad kombinatının fəhlələri aşağı əməkhaqqı və ərzaq qıtlığına etiraz məqsədilə tətil elan etdilər.

SSRİ başçılıq etdiyi bloka üzv ölkədə xalq etirazlarını səngitmək üçün Macarıstanda ilk olaraq hakimiyyətdə dəyişiklik elədi - İmre Nagi baş nazir seçildi. Naginin ilk işi ölkədəki bütün toplanış məntəqələrini – həpsxanaları bağlamaq oldu. Təxminən 10 min dustaq sərbəst buraxıldı. Ölkədə iqtisadi-sosial islahatlara başlanıldığını elan edən yeni baş nazir söz verdi ki, sənaye genişləndiiriləcək, istehlak mallarının istesalı artırılacaq. Gizli polis təşkilatı AHV-nin sədri və sədr müavinləri, xalqa qarşı cinayət etdikləri üçün 6 ildən 9 ilədək həps edildilər. Ancaq Naginin bu addımları məmurların və SSRİ-ni qəzəbləndirdi. Rakosi SSRİ-nin əliylə yenidən hökumət başına keçdi və o, ilk gündən başladılan islahatları dayandırmaq üçün səy göstərməyə başladı. Bu da əməkçiləri qəzəbləndirdi və 1953-cü ilin sonunadək dəfələrlə etiraz tətilləri baş verdi.

Kommunist partiyasının daxilində Stalinçilərlə islahat tərəfdarları arasında qarşıdurma qızışmışdı. Bu zaman Nagi, arxasında böyük fəhlə qüvvəsinin dəstəyini hiss edərək bir sıra partiya üzvü və jurnalistlərlə birlikdə islahat hərəkatına start verdi. Nəticədə isə, Nagi öncə Siyasi Büro, sonra isə Mərkəzi Komitə üzvlüyündən kənarlaşdırıldı. Onu kapitalizmə meyl etməkdə günahlandırdılar. Hansı ki, bu hadisələr baş verən vaxtda “Varşava Paktı” quruldu və 20 minlik macar ordusu Sovet uniforması geyinərək həmin paktda yerini aldı. Ölkədəki bütün jurnalistlər, yazıçı və şairlər nəzarətə götürüldü. Bu isə gündən-günə artan narazı kütləni Naginin ətrafına çəkirdi.

1956-cı ilin yazında narazı kütlə artıq məmurlara və stalinizmə nifrətlərini açıq-aşkar dilə gətirməyə başladılar. Ölkənin hər yerində tətil, nümayiş və mitinqlər keçirilirdi. 200 minlik narazı kütlə keçmiş partıya sədri Rajiki anmaq üçün nümayiş keçirdi.

Xalq artıq ayağa qalxmışdı, aksiyalarda toqquşmalar baş verdi və bu da ölkədə inqilab ab-havası yaratdı. Tələbə təşkilatları yeni sistem, yeni hökumət qurulmasını və SSRİ-nin Macarıstandan çıxmasını tələb edirdi. 23 oktyabr 1956-cı ildə "Rədd olsun Stalinin heykəlləri", "Sovet əsgərləri, evinizə qayıdın, Stalinin heykəlini də özünüzlə aparın" şüarları və bir sıra marşlar oxunaraq çox böyük nümayiş keçirildi. Yüz minlərlə insan parlamentin binasına və dövlət radiosuna tərəf yürüşə başladı. Gizli polis xalqa atəş açdı, ancaq əsgərlər sürətlə nümayişçilərə qoşularaq xalqı dəstəklədi.

Naginin hakimiyyətə gəlməsi Moskvanı narahat etdi, Sovet ordusu macar inqilabını yatırmaq üçün hərəkətə keçdi. 1956-cı il noyabrın 4-də SSRİ və Varşava Paktı qüvvələrindən ibarət 200 minlik hərbi qüvvə, 3 min tankla birlikdə Macarıstana daxil oldu. SSRİ-nin hərbi müdaxiləsi ilə Macarıstanda minlərlə günahsız insan qətlə yetirildi...

Siyasət rubrikasından digər xəbərlər