Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın - Rəcəb Tayyib Ərdoğan

15:32 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edən Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan ölkəsinə və xalqına qarşı ayrı-seçkilik edən qüvvələri kəskin qınayıb.

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatının mahiyyətindən bəhs edən Prezident diqqətə çatdırıb ki, türklər tarixin heç bir dövründə dinc əhaliyə qarşı zorakılıq həyata keçirməyib. “Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın”, - deyən Prezident dünyanın ayrı-ayrı yerlərində müsəlmanlara və türklərə qarşı törədilən cinayətləri xatırladıb.

Siyasət rubrikasından digər xəbərlər