Statistika Komitəsinin sədrindən bəzi vətəndaşların siyahıyaalınmadan kənarda qalmasına MÜNASİBƏT 

10:00 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Statistika Komitəsinin sədri Tahir Budaqov bəzi vətəndaşların siyahıyaalınmadan kənarda qalması ilə bağlı iddialara münasibət bildirib.

Hafta.az-ın xəbərinə görə, Tahir Budaqov qeyd edib ki, Azərbaycan Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına uyğun olaraq 2019-cu ilin 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması əsasən başa çatdırılıb.

Siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkili, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kənd ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmini üçün 50-yə yaxın metodoloji və köməkçi sənədlər hazırlanıb.

Siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiq edilib.

Siyasət rubrikasından digər xəbərlər