“Status-kvo böyük təhlükədir“

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

Nikola Sarkozi: “Sizin üçün də riskli sülh seçimi etmək məqamı çatıb“

Fransa prezidenti Nikola Sarkozinin Cənübi Qafqaz ölkələrinə səfəri başlayıb. O ilk olaraq Ermənistana gedib. Sarkozi İrəvanda Qarabağ münaqişçəsi və bölgənin digər məsələləri ilə bağlı bir sıra önəmli açıqlamalar verib. “Fransa və Almaniyanın tarixi nümayiş etdirir ki, ən dərin ağrını yumşaltmaq və ən dərin nifrətə qalib gəlmək, xalqların tarixində hətta ən ağır anlarda belə barış üçün özündə güc tapmaq mümkündür“ - deyə Sarkozi . Ermənistanın “Mediamaks“ agentliyinə müsahibəsində Dağlıq Qarabağ ətrafındakı danışıqlar prosesini şərh edərkən deyib. “Ölkələrimiz barışığı seçənədək bir-birilə bir neçə onillik ərzində üç dəfə münaqişə etmişdilər. Birinci Dünya müharibəsi illərində Fransa və Almaniya təsəvvürəgəlməz amansızlıqla döyüşmüşdülər. Dəhşət və əzablarla müşayiət olunan İkinci Dünya müharibəsinin dağıntıları üzərində xalqlarımız barışmaq üçün özlərində güc tapdılar və tayı-bərabəri olmayan dostluq qurdular.
Həmin dostluq bu gün Avropa quruculuğunun təməl daşıdır“, - Sarkozi bildirib. Prezident deyib ki, ermənilər və azərbaycanlılar da məhz bu yolu tutmalıdırlar. “Sizin üçün də riskli sülh seçimi etmək məqamı çatıb. Çünki xəyallar doğuran, qisasa təhrik edən və hər gün sülhün əldə olunması perspektivlərindən daha da uzaqlaşan status-kvonun saxlanmasından daha təhlükəli heç nə yoxdur“, - Sarkozi deyib. Onun sözlərinə görə, o qədər ölüm və əzablar gətirən müharibədən 17 il keçdikdən sonra münaqişəni həll etmək və barışığa doğru yolu tapmaq vaxtı çatıb.
Sarkozinin sözlərinə görə, son illərdə Avropa İttifaqı Cənubi Qafqazda öz rolunu gücləndirib.
Fransa istəyir ki, Avropa İttifaqı region ölkələri ilə daha sıx əlaqələr qursun. “Aİ üçün Cənubi Qafqaz strateji regiondur, Aİ ilə assosiativ və tərəfdaşlıq əlaqələri isə əmin-amanlığa, demokratiyanın möhkəmlənməsinə və üç Cənubi Qafqaz ölkəsində dialoqa kömək edəcək“, - Sarkozi deyib. Beynəlxalq birliyin Dağlıq Qarabağ nizamlanması ilə bağlı səylərinə kömək üçün Minsk qrupu formatı mövcuddur. Prezident deyib ki, üç həmsədr ölkədən hər biri iki tərəfin etimadından faydalanır və münaqişənin həlli üçün şərtlərin müəyyən edilməsi prosesinə onlarla birgə cəlb edilib. “Lakin əvvəlcə siz özünüz - ermənilər və azərbaycanlılar bu yolu tapmalıdırlar. Biz kömək edə, müşayiət edə bilərik, lakin biz sizin yerinizə sülhü bərqərar edə bilmərik“, - Sarkozi deyib.
Fransa prezidenti Türkiyə-Ermənistan münasibətlərinə də toxunub: “Diplomatik münasibətlərin bərpa olunması və sərhədlərin açılması haqqında protokollar böyük ümidlər doğurmuşdu. Bu gün barışıq prosesi dalana dirənib, mən buna çox təəssüf edirəm. Prezident Sərkisyan Parisdəki görüşlərimizdən biri başa çatdıqdan bir gün sonra müdriklik nümayiş etdirərək bəyan etdi ki, Türkiyə hazır olacağı təqdirdə Ermənistan bu protokolları ratifikasiya etməyə hazırdır. Ümidvaram ki, bu proses tezliklə bərpa olunacaq“.
“Dağlıq Qarabağda müharibənin bərpası riski hər zaman mövcud olub“ - bu fikirləri fransalı ekspert Toma Qomar Deutsche Welle qəzetinə açıqlamasında Sarkozinin səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, tək Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən çox olduğunu söyüləmək kifayətdir: “Bununla belə Qarabağ münaqişəsinin tam və dərhal həlli yoxdur. İki ölkə arasında gərginliyi azaltmaq və müharibədən qaçmaq mümkün olsa bunun özü böyük irəliləyiş deməkdir. Sarkozinin belə bir ərəfədə Cənübi Qafqaza səfəri daha çoxz onun daxili siyasi problemlərini həll etməyə istiqamətlənib. Sarkozi xaprici səfərlərində hazırda daha özünün daxilə hesablanmış maraqlarını üstün tutur. Bu da qarşıdakı prezident seçkiləri ilə bağlıdır. Onun Ermənistana səfəri daha çox iki amillə bağlıdır. Birincisi, Fransada çox güclü erməni diasporu var. Onun mövqeyi qarşıdakı prezident seçkilərində həlledici rol oynayacaq. Sarkozi isç Ermənistana erməni əsilli məşhur aktyor Şarl Aznavurla bərabər gəlib. Məlumdur ki, erməni diasporu Sarkozinin Qafqaz səfərini çox bö yük diqqətlə izləyir“. Digər mühüm amil kimi ekspert Türkiyəni göstərib. Onun sözlərinə görə, Paris və Ankara arasındakı siyasi münasibətlər iki vacib amilə görə gərgindir. İlk olaraq bu Sarkozinin prezident seçilən vaxtdan Türkiyənin avropa Birliyinə üzvülüyü məsələsində Ankaranın ləeyhinə mövqe nümayiş etdirməsi ilə bağlıır. İkinci amil isə NATO daxilində onların sözlərinin üstüstə düşməməsi və Liviyanın gələcəyinə müxtəlif baxışlardır. Ekspert həm də bildirir ki, Fransadakı erməni lobbisi qondarma erməni soyqırımının qanuni qüvvə alması istiqamətində hakimiyyətə təzyiqlər edir.
Rusiyalı ekspert Vloadimir Jarixin isə hesab edir ki, Sarkozinin səfəri daha çox parisin Cənübi Qafqazla bağla uzunmüddətli gələcəyə hesablanan siyasəti ilə bağlıdır: “2008-ci ildə Gürcüstan və rusiya arasında vəziyyət onu göstərdi ki, Sarkozi güzəştli qərar təklif edəcək qədər ağıllıdır. Bu səbəbdən Fransa liderinin bölgəyə səfəri Cənübi Qafqazdakı vəziyyət baxımından vacibdir.
Rusiyalı politoloq Nikolay Silayev “Həftə içi“nə açıqlamasında bildirib ki, Fransa Qarabağ münaqişəsinin zhəllinə vasitəçiliklə bağlı səylərini artıra bilər: “Lakin mən Medvedyevin Sarkozi ilə “əvəzlənməsini“ gözləmirəm. Lakin sarkozinin bölgəyə səfəri Fransanın Cçənubi Qafqaza marağının artdığını göstərir. Sarkozi Avropa Birliyinin xarici məsələlərdə fəal rol oynamasının tərəfdarıdır. Onun bölgəyə budəfəki səfərini 2008-ci ildə üzərinə götürdüyü kursun davamı kimi qiymətləndirmək mümkündür. Yəni Rusiya ilə Gürcüstan arasında vasitəçilik, Livaiyaya müdaxilə və s“. Ekspert bildirib ki, Qarabağ məsələsində həmsədrlər komanda ruhunda fəaliyət göstərirlər. Yəni tərəflərdən hansısa birinin təşəbbüsləri tükənirsə, bu dəfə digərlərinin razılığı ilə növbəti vasitəçi məsələyə müdaxilə edir: “2008-2001-ci illərdə danışıqlar prosesinin əsas hərəkətverici qüvvəsi məhz Rusiya idi. Ola bilsin indiki mərhələdə ilk plana Fransa çıxsın. Çünki Fransanın Ermənistanla xüsusi əlaqələrinin olması hamıya məlumdur“.
Azad Əliyev
Oxunma sayı 90