“Su filtri satanlar “Azərsu”nun verdiyi suyu anti-reklam edirlər” - Qorxmaz Hüseynov

13:09 07.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

"Su filtrlərinin reklamı ilə "Azərsu"nun sakinlərə verdiyi suyu antireklam edirlər". 

Hafta.az xəbər verir ki,  bunu YAP İcra Katibliyində keçirilən mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib. O qeyd edib ki, yarımadanın çox dayanıqlı su mənbələri var:"Halbuki bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir. Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Amma həmin şübhələrin heç bir əsası yoxdur".