Su kanalına düşən heyvan xilas edilib

22:28 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı rayonunun Qonaqkənd kəndində iribuynuzlu heyvan su kanalına düşüb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Nazirliyin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Qonaqkənd kəndində iribuynuzlu heyvanın su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan su kanalından çıxarılıb və sahibinə təhvil verilib.