Şübhəli bilinən 41 nəfər saxlanılıb

15:40 14.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün ərzində törədilmiş 30 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Oxunma sayı 141